ABŞ-da çılpaq kişi başqasnın evinə girərək  keks yedi
14 oktyabr 2023 05:32 (UTC +04:00)

ABŞ-da çılpaq kişi başqasnın evinə girərək keks yedi

ABŞ-da çılpaq yad şəxs gizlicə başqasının evinə girərək ev sahibini qarət edib.

Lent.az xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.

Yuta ştatının Draper şəhərindən olan Lin Koller bildirib ki, gecə saatlarında naməlum kişi onun evinə soxulub. Müşahidə kamerası çılpaq kişinin giriş qapısına necə yaxınlaşdığını qeyd edib, ancaq onu açmayıb. Bunun əvəzinə o, evə girə bildiyi qaraja gedib.
O, mətbəxdəki keksləri yedikdən sonraev sahibinin paltarını geyinib, çek dəftərini, pul kisəsini və avtomobilin açarlarını oğurlayıb.

Polis həmin şəxsi yerli sakinlərdən çoxsaylı şikayətlər aldıqdan sonra saxlayıb.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar