ABŞ-da 22 nəfərin öldüyü  insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
26 oktyabr 2023 11:40 (UTC +04:00)

ABŞ-da 22 nəfərin öldüyü insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB

ABŞ-ın Men ştatında baş verən atışmanın təfərrüatları üzə çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, cinayətkar avtomat tüfəngdən insanlara üç yerdə, bar, restoran və mağazada atəş açıb.

Hadisəni törətdikdən sonra qatil cinayət yerindən ağ rəngli yolsuzluq avtomobili ilə qaçıb.

Daha sonra atəş açan şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Şəhər polisi tərəfindən yayımlanan fotoşəkillər atəş açan şəxsin qəhvəyi sviter geyinmiş ağ dərili bir adam olduğunu göstərir.

Məlumata görə, cinayətin təhqiqatına ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri də qoşulub. Hadisə ilə bağlı təhqiqata Men ştatının polisi rəhbərlik edir.

Bundan əlavə, hadisənin 2 nəfər tərəfindən törədildiyi, lakin hələlik onlardan birinin saxlanıldığı bildirilir. Polis fotosunu yaydığı şəxsin Robert Card olduğunu deyib.

***
Saat: 05:42

ABŞ-də silahlı insident zamanı ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilib ki, atışma zamanı 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Polis insanları küçəyə çıxmamağı məsləhət görüb.

***

Saat 05:35

ABŞ-də silahlı insident olub.

Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Men ştatının Lyuiston şəhərindəki atışma nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.

Hadisə əyləncə məkanında baş verib.

CNN-in məlumatına görə, hadisə nəticəsində 16 nəfər ölə bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5391
avatar

Oxşar yazılar