ABŞ Bolqarıstana qırıcı satışına razılıq verdi
05 aprel 2022 06:15 (UTC +04:00)

ABŞ Bolqarıstana qırıcı satışına razılıq verdi

ABŞ hökuməti NATO üzvü olan Bolqarıstana “F-16” qırıcı təyyarələrinin satışına razılıq verib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, məqsəd Bolqarıstanın təhlükəsizliyini gücləndirməkdir.

Dövlət Departamenti də Bolqarıstana 1,67 milyard dollar həcmində qırıcı və hərbi ləvazimat satışı üçün müraciət etdiyini bildirib. Bununla belə, yeni təyyarələrin verilməsindən sonra Bolqarıstandakı sovet modeli qırıcıların Ukraynaya verilib-verilməməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Avropa ölkələrinin arsenalındakı sovet hərbi təyyarələrinin Ukraynaya verilməsinə çağırış etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar