Atlantik okeanda 5,9 maqnitudalı zəlzələ olub.
Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Müqəddəs Yelena adasının cənubunda, Afrika və Cənubi Amerika materikləri arasında, 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.