Türkiyənin İstanbul şəhərində türmədən azadlığa çıxan bir nəfər atasını küçənin ortasında ölümcül döyüb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, ötən gün saat 17 radələrində baş verən hadisə nəticəsində yaralanan adamın köməyinə ətrafda olan insanlar gəlib.
Ətrafdakıların köməyilə atasını döyən şəxs oradan uzaqlaşdırılıb və zərərçəkmiş yaxınlıqdakı xəstəxanaya aparılıb. Xəstəxanada ilkin tibbi yardım alan yaşlı kişi polis bölməsinə gedərək oğlundan şikayətçi olub.