“Türkiyədə indiyədək COVID-19-a yoluxan tibb işçilərimizin sayı 7 428 nəfərdir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, ölkədə ümumilikdə səhiyyə işçilərinin sayı 1,1 mln. nəfərdir. Yeni növ koronovirus infeksiyasına yoluxan səhiyyə işçilərinin payı ümumi işçilərin 6,5%-ni təşkil edir.