Türkiyədə əhali bu proqramla pulsuz maska alacaq
04 may 2020 05:34 (UTC +04:00)

Türkiyədə əhali bu proqramla pulsuz maska alacaq

 

Türkiyənin Səhiyyə Nazirliyi əhaliyə pulsuz tibbi maska paylamaq üçün yeni üsulunu açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Belə ki, nazirlik əhalinin xidmətinə təqdim etdiyi mobil marketlərdən pulsuz endirilə bilən "Hayat Eve Sığar" proqramı ilə maska kodu almaq mümkün olacaq.

Qeyd edək ki, bu proqram həm də Türkiyə vətəndaşlarının yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində öz sağlamlıqlarını nəzarətdə saxlamağa və  COVID-19 təhlükəsi ehtimal edilən yerlərdən uzaqlaşmaq xəbərdarlığını almağa da imkan verir.

Proqramdakı xəritə üzərindən Türkiyədə həm də xəstəxana, aptek, market, avtobus dayanacağı kimi təcili ehtiyacları olan yerləri də görmək mümkün olacaq. 

Eyni zamanda əlavə təsdiq düyməsi ilə proqrama öz yaxınlarının telefon nömrələrini daxil edə bilən Türkiyə vətəndaşlarının qohumlarının  təhlükəsizliyinə dəstək vermək olacaq. 

Bundan başqa, proqramda gündəlik COVİD-19 cədvəli görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Oxşar yazılar