Tramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
01 avqust 2020 07:32 (UTC +04:00)

Tramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir

 

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində Çinin “TikTok” sosial şəbəkəsinin işinə qadağa qoymaq niyyətində olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə amerikalı lider Floridadan Vaşinqtona gedərkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

“Madam ki, “TikTok” mövzusuna toxunduq, biz onun işini ABŞ-da qadağan edirik”, - deyə Tramp qeyd edib.

Məlumata görə, Tramp bunun üçün müvafiq sərəncam imzalaya və ya təcili iqtisadi səlahiyyətlərindən istifadə edə biləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1780
avatar

Oxşar yazılar