Tanzaniyada göldə 10 nəfər boğuldu
31 iyul 2020 07:16 (UTC +04:00)

Tanzaniyada göldə 10 nəfər boğuldu

Tanzaniyada Tanqanika gölündə hərəkətdə olan bərənin aşması nəticəsində 10 nəfər boğulub. 

APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgə polisinin rəhbəri Martin Otieno məlumat verib.

O bildirib ki, bərədə olan digər 87 nəfərin həyatı xilas edilib: “Təhlükəsizlik xidməti qəzanın səbəbini araşdırır, qurbanların dəqiq sayı müəyyənləşdirilir".

Qeyd edək ki, ağır çay axını ilə dünyanın ən uzun şirin su gölü olan Tanqanika Afrikada su nəqliyyatı üçün ən təhlükəli akvatoriyalardan biridir. Göldə tez-tez güclü küləklər müşahidə edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696
avatar

Oxşar yazılar