Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi təlimlərə 6 gəmi, 7 təyyarə və 400-dən çox hərbi qulluqçu cəlb olunub.
Qeyd olunub ki, hərbi təlimlər Xəzər dənizinin mərkəzi hissəsində, Abşeron yarımadasının şimalında keçirilir.