Məşhur milyarderlərin "Twitter" hesablarını sındırıb 55 min dollar qazandılar
16 iyul 2020 07:23 (UTC +04:00)

Məşhur milyarderlərin "Twitter" hesablarını sındırıb 55 min dollar qazandılar

 

Dünyanın müxtəlif ölkələrindən olan “Twitter” istifadəçiləri İlon Mask, Bill Qeyts, Ceff Bezos və digər zəngin insanların sosial şəbəkə hesablarını sındıran dələduzlara 55 min dollardan çox (təxminən 6 bitkoin) pul qazandırıblar.

APA xəbər verir ki, bu barədə “Breaking News” məlumat yayıb.

Məlumata görə, hakerlər iş adamlarının səhifələrində istifadəçilərin qeyd edilmiş bitkoin cüzdanına göndərəcəkləri pulları iki qat artıracaqları barədə bildirişlər yerləşdiriblər.

Bildirilir ki, hazırda İ.Mask hesabı üzərində nəzarəti geri qaytara bilib və bütün yalançı mesajlar silinib.

Hesabların kütləvi şəkildə sındırılmasının səbəbləri hələ ki müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3088
avatar

Oxşar yazılar