Mərakeşdə son sutka ərzində rekord sayda - 1776 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 41 017-yə çatıb.
Qeyd edək ki, krallıqda ilk yoluxma hadisəsi martın 2-də qeydə alınıb. Hazırda ölkədə 632 nəfər yeni virus infeksiyasından ölüb, 28566 xəstə isə sağalıb.