Misirdə dənizdə boğulan şəxsi xilas etmək istəyən 10 nəfər batıb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Aralıq dənizinin İsgəndəriyyə sahillərində qeydə alınıb.
Nəticədə 11 nəfər dənizdə boğulub. Xilasedicilər 6 nəfərin cəsədini sudan çıxarıb. Digər şəxslərin axtarışları davam edir.
Qeyd edək ki, boğulan şəxslər çimərliyə qanunsuz daxil olublar. Belə ki, Misirdə koronavirus pandemiyasına görə, çimərliklər qapalıdır.