Koronavirusun müalicəsində yeni ümid: LAMALAR
15 iyul 2020 19:40 (UTC +04:00)

Koronavirusun müalicəsində yeni ümid: LAMALAR

Dünyanı öz təsiri altına alan koronavirusun müalicəsində yenilik kəşf olundu.

Lent.az xəbər verir ki, bu tədqiqat kiçik bir qan nümunəsi istifadə etmək şərti ilə “BBC News” tərəfindən araşdırma olaraq aparılır.

Araşdırmalara əsasən, İngiltərənin elm adamlarının fikrinə görə, bu xəstəliyi məğlub etməyin açarı lamaların qanında ola bilər. Alimlər koronavirusun müalicəsi üçün lamaların qanında yaranan antikorlardan istifadə ediblər. Tədqiqatçılar Covid-2-a səbəb olan SARS-CoV-19 koronavirusunu zərərsizləşdirə bilən antikorları inkişaf etdirməyə müvəffəq olublar. Virusun hüceyrəyə daxil olduğu sünbülləri blok etməklə antikorlar infeksiyanın yayılmasını dayandıra bilər. Lama antikorları insanda olandan daha sadədir. Bu da tədqiqatları asanlaşdırır.

Nəticə əldə etmək üçün, əvvəlcə heyvanlar baytar tərəfindən yoxlanılmalı, daha sonra qanından istifadə olunmalıdır. Tədqiqat üçün ayrılan lamalar hazırda fermada otlayırlar və onlar çox xoşbəxt görünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7255
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar