Avtomobil sektoru koronavirus səbəbilə Çində bağlanan fabriklərin şokundan çıxmamış, virusun təsiri Avropaya da gəlib çatıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Fiat Chrysler Avtomobiles” Serbiyada olan fabrikində istehsala ara verib.
“Blomberg”in şirkətdəki mənbələrə əsasən verdiyi məlumata görə, İtalya-ABŞ ortaqlığı ilə fəaliyyət göstərən şirkət normal şərtlərlə Çindən gələn səs və digər elektronika vasitələrinin təhvil alınmasında problem yaşandığını bildirib. Məhz buna görə də, istehsalçı fəaliyyətə bir müddət ara verib. Bu isə koronavirusun Avropadakı sənaye müəssisələrinə də təsir etməsi baxımdan diqqət çəkir.
Digər tərəfdən sözügedən şirkətin “Tofaş” fabrikinin fəaliyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.