Koronavirusa yoluxanların sayı 60 mini ötdü - GÜRCÜSTANDA
09 noyabr 2020 12:10 (UTC +04:00)

Koronavirusa yoluxanların sayı 60 mini ötdü - GÜRCÜSTANDA

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 927 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  60 680 nəfərə, ölənlərin sayı isə 499 nəfərə çatıb.

Virusa yoluxanlardan 45 042 nəfərin sağaldığı bildirilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar