Koronavirus epidemiyası Kremlə də çatdı.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kremldə çalışan bir işçidə koronavirusa yoluxmanın olduğunu deyib.
Dmitri Peskov sözü gedən şəxsin prezident Putinlə təmasda olmadığını da vurğulayıb.
Kreml sözçüsü koronavirusun daha geniş yayılmasının qarşısını almaq üçün lazımi tədbirlərin görüldüyünü söyləyib.