Konqo Demokratik Respublikasında üsyançılarla digər silahlı qruplaşmalar arasındakı qarşıdurmadan sonra ən az 37 cəsəd tapılıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli “7sur7” nəşri məlumat yayıb.
Bildirilib ki, cəsəd cümə günü Şimali Kivu əyalətinin Valikale bölgəsindəki Pinqa yaşayış məntəqəsində aşkar edilib.
“Kisimba” dərnəyinin rəhbəri Nkoyo Muronqanin sözügedən insanların iyulun 20-də milis qüvvələrilə digər silahlı qrup arasında baş verən qarşıdurmalarda həlak olduğunu iddia edib: “Bəzi cəsədlər dünən tapılıb, bu gün axtarış davam etdi və cəmi 37 cəsəd aşkar edilib. Cəsədlərin əksəriyyəti üsyançılardır, amma söhbət insan həyatından gedirsə, onları ləyaqətlə dəfn edəcəyik”.