Kim bu gülü qoparsa cərimələnəcək: Fantastik rəqəm eşidənləri ŞOK edir
24 iyul 2020 14:36 (UTC +04:00)

Kim bu gülü qoparsa cərimələnəcək: Fantastik rəqəm eşidənləri ŞOK edir

"Gəlin bardağı" adlı gülün qoparılmasının cəzası 62 min TL-dir.

 Lent.az Türkiyə KİV-ə istinadən məlumat verir ki,  Kahramanmaraş bölgəsinin  Nurhak rayonunda  "Gəlin bardağı" adlı gülün qoparılmasının  cəzası 62 min TL-dir.

 Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin Parklar və Bağçalar Şöbəsinin direktoru Əhməd Yenisolak bildirib ki, "Kahramanmaraş sərhədlərində "Gəlin bardağı" olması  şəhərimizin nə qədər geniş və bir o qədər fərqli iqlim xüsusiyyətlərini özündə cəmləşdirdiyinin sübutudur. Gələcək illərdə park və bağçalarımızı bəzəməsini arzu etdiyim “Gəlin bardağı”-nın başqa məziyyətlərini araşdırılaraq   mədəni irsimizə və ticarət markamıza daxil edilməsini umid edirəm" deyib.

Bu bölgənin zəngin florası haqqında danışankən, onun məhv edilməməsi və olduğu kimi  qorunaraq  ziyarətçilərin üzünə açılmasının lazım olduğunu bildirən Yenisolak "əks təqdirdə sürətlə azalan bitkilərin coğrafiyamızı, xüsusilə də şəhərimizi tərk etməsi olduqca kədərli olar.  Önəmi ortada olan bu cür bitki zonalarına   zərər verilməsinin qarşısını almaq üçün yüksək miqdarda pul cərimələrinin tətbiq olması bir  metod olsa da, kifayət qədər işçi heyəti və izləmə mexanizminin olmaması itkinin qarşısını ala bilmir "deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6637
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar