İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 195 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da, İranda koronavirusdan ölənlərin sayı 15484 nəfərə çatıb.
Qonşu ölkədə son sutka ərzində koronavirusa 2316 yoluxma halı qeydə alınıb, indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 288 839 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 251 319 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3670 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.