İranda Sina xəstəxanasında güclü partlayış nəticəsində 18 nəfər ölüb - YENİLƏNİB-2
Tehranda Sina xəstəxanasında baş vermiş partlayış və yanğında ölənlərim sayı 18 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran yanğınspndürmə briqadasının sözçüsü Cəlal Məliki deyib.
Onun sözlərinə görə, hadisə yerindən indiyədək 18 nəfərin cənazəsi çıxarılıb.
***
00:00
Tehranın şimalında Sina xəstəxanasında baş verən partlayış və yanğında ölənləriən 10 nəfəri qadın, 3 nəfəri kişidir.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının yaydığı məlumatda bildirilib.
Məlumata görə, hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
6 nəfər Tehranın Təcriş xəstəxanasına çatdırılıb. Digərləri ambulator müayinə olduqdan sonra evə buraxılıb.
***
22:30
İranın paytaxtı Tehranın şimalında baş verən partlayışda 13 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, ölənlərdən 6 nəfər əməliyyat otağında olub.
***
22:20
İranın paytaxtı Tehranın şimalında partlayış olub.
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış tibb mərkəzində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Partlayışın başvermə səbəbi qaz balonu olub.
Hadisə nəticəsində 3 nəfər yaralanıb.