İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 179 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 13 211 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 521 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 262 173 nəfərə çatıb.
Qeyd edək ki, koronavirusa görə İranın 25 əyalətində “qırmızı” təhlükə səviyyəsi elan olunub.