İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 221 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 305 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 079 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 250 458 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 212 176 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 334 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Onu da qeyd edək ki, artıq Tehran və Mazandaran əyalətində ictimai yerlər, kafe və restoranlar, idman komplekslərinin fəaliyyəti dayandırılıb.