Türkiyənin Bursa şəhərində at arabası ilə oğurluq edilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə dünən səhər saatlarında şəhərdəki mebel sexlərindən birində baş verib. At arabası ilə mebel sexinin qarşısına gələn naməlum şəxs qapını sökərək arabaya yükləyib. Obyekt sahibi işə gələndə qapını yerində görmədiyindən dərhal polisə məlumat verib.
Obyektin təhlükəsizlik kamerasından hadisəni izləyən polis dərhal axtarışa başlayıb.