Braziliya Prezidenti onda koronavirusun olmadığını deyib
14 mart 2020 07:46 (UTC +04:00)

Braziliya Prezidenti onda koronavirusun olmadığını deyib

 

Braziliya Prezidenti Jair Bolsonaru koronavirusa yoluxmadığını deyib. Bildirdiyinə görə, analizin nəticələri zamanı onda bu virus aşkar olunmayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlamanı o, “Facebook” səhifəsində yerləşdirib.

“Hərbi hospital respublika prezidenti Jair Bolsonaruda COVID-19-a dair mənfi nəticə göstərib”, - paylaşımda belə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Oxşar yazılar