Bakıda zəncirvarı qəza: 3 avtomobil toqquşdu - FOTO - VİDEO
19 may 2020 01:58 (UTC +04:00)

Bakıda zəncirvarı qəza: 3 avtomobil toqquşdu - FOTO - VİDEO

 

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Günel Məmmədli idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsini "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb. "Toyota"nın sürücüsü Raqub Heydərov APA-ya bildirib ki, avtomobili ilə işıqforun qırmızı işığında dayanıbmış. Bu zaman G.Məmmədli yüksək sürətlə idarə etdiyi avtomobillə onun avtomobilini, daha sonra "Lexus" markalı avtomobili əzib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3172
avatar

Oxşar yazılar