Baham adaları ABŞ turistləri üçün sərhədlərini bağlayır
21 iyul 2020 07:07 (UTC +04:00)

Baham adaları ABŞ turistləri üçün sərhədlərini bağlayır

Baham adaları hökuməti koronavirus infeksiyasının artması fonunda ABŞ trustlərinin ölkəyə gəlişini qadağan edəcəyini açıqlayıb. 

APA "Fox News"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Habert Minnis çıxışı zamanı bildirib. 

Baş nazir təəssüf hissi ilə bildirib ki, daxili iqtisadiyyatın gücləndirilməsi məqsədilə sərhədlər  yenidən açıldıqdan sonra ölkədə epidemiya ilə bağlı vəziyyət pisləşib: “Mövcud vəziyyətdə  virusa məğlub olmamaq üçün qətiyyətli hərəkət tələb olunur”.

Çərşənbə gününə qədər Baham adaları İngiltərə, Kanada və AB-dən kommersiya uçuşları istisna olmaqla, bütün beynəlxalq uçuşları və gəmi səyahətlərini qadağan edəcək.

Yalnız COVI-19 testinin cavabı mənfi olan insanlar ölkəyə daxil ola biləcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyi məlumatına görə, ölkədə qeydə alınan 153 koronavirusa yoluxma halının 49-u 1 iyul tarixdə sərhədlərin açılmasından sonra baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3457
avatar

Oxşar yazılar