Azərbaycanlı professor Ukraynadan Prezidentə yazır: “Sizin apardığınız xarici siyasətlə fəxr edirik”
01 may 2020 18:55 (UTC +04:00)

Azərbaycanlı professor Ukraynadan Prezidentə yazır: “Sizin apardığınız xarici siyasətlə fəxr edirik”

İstər ölkə daxilindən, istərsə də xaricdən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, texnika elmləri doktoru Murad Ömərov da Prezidentə məktub yollayıb. Lent.az həmin məktubu təqdim edir

- Möhtərəm Prezident.

Beynəlxalq arenada apardığınız müdrik siyasətinizə, koronavirus pandemiyasının yayılmasına qarşı Azərbaycan dövlətinin gördüyü çox səmərəli və təxirəsalınmaz tədbirlərə görə Ukraynanın Xarkov vilayətindəki Azərbaycan diasporu, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyəti adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.

Biz - ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Azərbaycanda baş verən hadisələri çox böyük diqqətlə izləyir, tarixi vətənimizdə baş verən hər bir dəyişikliyi hiss edirik. Sizin müdrik siyasətiniz və COVID-19 virusunun Azərbaycanda yayılmasının qarşısını almağa yönəldilmiş operativ tədbirlər, karantin rejimin vaxtında tətbiqi, kiçik və orta biznesi, tibb müəssisələrini dəstəkləmək, işsizlərə maliyyə yardımı üçün göstərilən kömək dünyanın bir çox ölkələri üçün nümunədir. Xüsusilə biznes strukturların çəkdikləri zərərin kompensasiya edilməsinə yönəlmiş dövlət dəstəyini və həyata keçirilmiş tədbirləri qeyd etmək istərdim.

Sizin koronavirusla mübarizədə qazandığınız nailiyyətlərə beynəlxalq təşkilatlar və ölkədən kənarda yaşayan azərbaycanlılar tərəfindən yüksək qiymət verilir. Vətənimizdə həyata keçirilən bu tədbirlər müsbət nəticələr verib.

Möhtərəm Prezident, biz - Ukraynada yaşayan azərbaycanlılar Sizin apardığınız xarici siyasətlə fəxr edirik. Ukrayna dövlətinə və xalqına olan dostluq münasibətiniz hər zaman təqdir olunur. Biz əminik ki, Sizin apardığınız müdrik siyasət Azərbaycan ilə Ukrayna arasındakı əlaqələrin gələcəkdə daha da inkişafın təmin edəcək və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri üçün nümunədir.

Fürsətdən istifadə edərək, Sizə bir daha dərin minnətdarlığımı çatdırıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35