Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası yeni növ koronavirus (COVID-19) səbəbindən təxirə salınıb.
APA-nın xəbərinə görə, bu barədə AŞPA Prezidenti Hendrik Daems bildirib.
AŞPA Prezidenti deyib ki, iyunun 22-26-da plenar iclasdan daha aşağı səviyyəli - Büro və Daimi Komitə iclasları keçiriləcək.
Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 22-26-da keçiriləcəkdi.