84 il əvvəl yoxa çıxan gəmi tapıldı
15 fevral 2024 15:00 (UTC +04:00)

84 il əvvəl yoxa çıxan gəmi tapıldı

84 il əvvəl batdıqdan sonra kapitanı ilə birlikdə müəmmalı şəkildə yoxa çıxan “Arlinqton” ABŞ-ın Miçiqan ştatında tapılıb. Bu barədə Daily Mail məlumat yayıb.

Lent.az xəbər verir ki, nəşrin məlumatına görə, onu Superior gölünün dibində Böyük Göllərin Qəzası Tarixi Cəmiyyətinin mütəxəssisləri aşkar ediblər. Gəmi 650 fut (təxminən 200 metr) dərinlikdə olub.

Mütəxəssislər gəmidə batmağa razı olan kapitan Frederik Börkün hərəkətlərinə şübhə ilə yanaşırlar. Fırtına gecəyə doğru əsməyə başlayanda, Börkün köməkçisi küləkdən qorunmaq üçün Kanadanın şimal sahillərinə doğru marşrutun dəyişdirilməsini təklif edib. Lakin kapitan israrlı olub və tezliklə su ilə dolmağa başlayan gəmi batmağa başlayıb.

“Arlinqton”un ekipaj üzvləri özbaşına gəmidən tullanaraq yaxınlıqdakı “Collinqvud” gəmisinə çatmağa başlayıblar. Məlum olub ki, gəmidə qalan kapitan batmamışdan əvvəl digər gəminin üzvlərindən kömək istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Oxşar yazılar