Keçən ildən başlayaraq bütün dünya üzrə böyük şəhərlərdə 5G şəbəkəsi istifadəyə verilməyə başladı.
Lent.az "technote"a istinadən xəbər verir ki, bəzi şirkətlər artıq 6G texnologiyasının hazırlanmasına start veriblər.
Məlum olub ki, MediaTek şirkəti də bu istiqamətdə işlərə start verib. MediaTek şirkəti 6 il ərzində öz diqqətini 5G texnologiyasına yönəltmişdi.
Tayvanın Sinçju şəhərində olan baş ofisdəki tədqiqat mərkəzindən əlavə olaraq şirkətin həmçinin Finlandiyada da tədqiqat mərkəzi mövcuddur. Bu tədqiqat mərkəzlərində 5G məhsullar və yeni nəil naqilsiz texnologiyalar hazırlanır. Məlumata əsasən Finlandiya hökuməti elmi müəssisələr ilə birlikdə 6G-nin hazırlanmasına start veriblər və MediaTek də bu işdə əsas rollardan birini oynayan təmsilçilərdən biridir.