63 nəfərin ölümündə təqsirləndirilənlər BƏRAƏT ALDI
14 sentyabr 2022 03:02 (UTC +04:00)

63 nəfərin ölümündə təqsirləndirilənlər BƏRAƏT ALDI

Portuqaliya məhkəməsi 2017-ci ilin yayında meşə yanğınları zamanı 63 nəfərin ölümündə təqsirləndirilənlərə bəraət verib.

Lent.az-ın “Le Matin” saytına istinadla  xəbərinə görə, yanğınsöndürmə xidməti və elektrik şəbəkəsinin rəhbər şəxsləri səhlənkarlıqdan 63 nəfərin ölümünə səbəb olmaqda ittiham edilirdilər. 

İstintaq materiallarında göstərilir ki, yüksək gərginlikli xətlərin ətrafında ağacsız zonalar yaradılmayıb. Yanğınsöndürən komandanın rəhbəri isə vaxtında bütün qüvvələri səfərbər edə bilməyib. Meşədə istirahət edən 63  nəfər yol keyfiyyətli olmadığı üçün avtomobillə qaça bilməyib. 

Bununla belə, məhkəmə sübut edib ki, yanğın ölkədə son 80 ildə baş verən ən şiddətli istilər dövründə ortaya çıxıb və yayılıb. Ağacsız zonalar olsa belə, alovun qarşısını almaq mümkün olmayacaqdı. 

Məhkəmənin hökmünü binanın ətrafında gözləyən yüzlərlə yanğınsöndürən alqışla qarşılayıb. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991

Oxşar yazılar