Rusiyada rüşvət təklif edən azərbaycanlı cərimələnib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Smolensk vilayətinin Krasninsk rayonunda 43 yaşlı azərbaycanlı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşına 50 min rubl rüşvət təklif edib. FTX-nin əməkdaşı isə bu barədə polisə məlumat verib.
Nəticədə azərbaycanlı özü 50 min rubl cərimələnib.