50 ildə ekstremal hava 2 milyondan çox insanın ölümünə səbəb olub - RƏSMİ
23 may 2023 01:12 (UTC +04:00)

50 ildə ekstremal hava 2 milyondan çox insanın ölümünə səbəb olub - RƏSMİ

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, son 50 il ərzində texnogen qlobal istiləşmənin nəticəsində baş verən ekstremal hava hadisələri 2 milyondan çox insanın həlak olması və iqtisadiyyatda 4,3 trilyon dollar itki ilə nəticələnib.

APA  BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜMT-nin məlumatına görə, hava, iqlim və su ilə bağlı təhlükələr 1970-2021-ci illər arasında 12 minə yaxın təbii fəlakətə səbəb olub. İqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrdə hər 10 ölümdən 9-u baş verib, eyni zamanda, iqlim şokları və ekstremal hava şəraiti nəticəsində iqtisadi itkilərin 60 faizi də onların payına düşüb.

ÜMT bildirib ki, ən az inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarının ölçüsü ilə əlaqədar olaraq təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına “qeyri-mütənasib” yüksək xərc çəkiblər. Təşkilatın baş katibi Petteri Taalas qeyd edib ki, "ən həssas icmalar təəssüf ki, hava, iqlim və su ilə bağlı təhlükələrin ağır yükünü daşıyırlar". Bu ölkələrdə son yarım əsrdə bir neçə fəlakətin ümumi daxili məhsulun (ÜDM) 30 faizinə bərabər olan iqtisadi itkilərə səbəb olduğu bildirilir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərində hər beş fəlakətdən biri ÜDM-in 5 faizindən çoxuna ekvivalent” təsir göstərib, bəzi fəlakətlər isə bu ölkələrdə bütün ÜDM-ni məhv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Oxşar yazılar