Avstraliyanın Monaş Universitetinin alimlərdən ibarət qrupu smartfonun 5 gün işləməsini təmin edəcək ən səmərəli litium-kükürd batareyası hazırlayıblar.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, yeni akkumulyator ən yüksək beynəlxalq standartlara cavab verən ekoloji xüsusiyyətlərə malikdir və onun istehsalı standart modellərlə müqayisədə daha ucuzdur.
Unikal enerji mənbəyinin sirri ondadır ki, tədqiqatçılar kükürd katodlarında hissəciklərin əlaqələrini dəyişdirməyə nail olublar ki, bu da məhsuldarlıq və sabitliyi azaltmadan daha yüksək yüklənmələrin öhdəsindən gəlməyə imkan verib.