Ağ Ev 804 min insanın ümumi məbləği 39 milyard dollar olan tələbə borclarını silmək qərarına gəlib.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-nin Təhsil Nazirliyinin bəyanatında deyilir.
"Bu gün ABŞ Təhsil Nazirliyi 804 000-dən çox borcalana bildiriş göndərməyə başlayacaq ki, ümumi məbləği 39 milyard dollar olan federal tələbə kreditləri yaxın həftələrdə avtomatik silinəcək. Gözlənilən silinmələr ABŞ administrasiyası - Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən həyata keçirilən düzəlişlərin nəticəsidir”, - açıqlamada deyilir.