3 yaşlı oğlanda qocalıq xəstəliyi aşkarlandı
25 avqust 2023 11:34 (UTC +04:00)

3 yaşlı oğlanda qocalıq xəstəliyi aşkarlandı

Demensiyanı çox zaman qocalara xas əqli zəifləmə xəstəliyi kimi xarakterizə edirlər. Lakin demensiyanın yaşı gəncləşib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Britaniyada yaşayan 3 yaşlı Coi Uoltonda nadir xəstəlik aşkarlanıb. Uşaq demensiyadan əziyyət çəkir. Həkimlər onun 7 yaşa qədər yaşamayacağını bildirilər. Çünki xəstəliyin dərmanı yoxdur.

Həkimlər oğlanın metaxromatik leykodifisitdən əziyyət çəkdiyini, əlamətlər gec aşkarlandığı üçün müalicəsinin imkansız olduğunu bildiriblər. O əvvəllər danışa və yeriyə bilirdi, indi bu qabiliyyətlərini itirib, ayaqları və onurğa sütunu əyilib.
 Ekspertlərin fikrincə əgər xəstəlik vaxtında aşkarlansaydı ilik nəqli vasitəsiylə müalicə mümkün ola bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3303
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar