İspaniya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 220 əsgərini yenidən hazırlayacaq.
Lent.az-ın məlumatına görə, bu barədə yanvarın 13-də İspaniyanın müdafiə naziri Marqarita Robles məlumat verib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri Madrid yaxınlığında yerləşən Torrejon aviabazasına gələcəklər. Onların əksəriyyətinin təlimi Toledodakı piyada akademiyası bazasında aparılacaq. Ukraynalı döyüşçülərin əksəriyyətinin səfərbər edilmiş Ukrayna vətəndaşları olacağı gözlənilir.
Təxminən 20 ukraynalı Sevilya əyalətində yerləşən bazada “Hawk” zenit sistemi ilə işləmək üzrə təlim keçəcək.