2 ölkə arasında divar inşa edilir: hündürlüyü 5,5 metr
24 yanvar 2022 23:47 (UTC +04:00)

2 ölkə arasında divar inşa edilir: hündürlüyü 5,5 metr

 Polşa – Belarus sərhədində 5 metr hündürlükdə divarın inşaatına yanvarın 25-də başlayacaq. 

Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalskaya bildirib.

“Plana uyğun olaraq Belarusla sərhədin tikintisi sabah başlayacaq. Hazırlıq işləri artıq görülüb” deyə Mixalskaya vurğulayıb. 

 Uzunluğu 186 km, hündürlüyü 5.5 metr olan divarın inşası iyulda başa çatmalıdır. Artıq büdcədən 644 milyon zlotı (160 milyon dollar) ayrılıb. Sərhəd xətti müasir kameralarla da təchiz ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar