Britaniyanın Flintşir şəhərindəki parkda məskunlaşan dələ bir gündə 18 nəfəri dişləyib.
Lent.az-ın xəbərinə görə, özünü aqressiv aparan heyvan ərazidən keçənlərin üzərinə atılaraq onları dişləyib və cırmaqlayıb.
Bu da əhalidə təşviş yaradıb. Bələdiyyə işçilərinin heyvanı tutmaq cəhdi heç bir nəticə verməyib. İşin öhdəsindən 65 yaşlı təqaüdçü qadın gəlib. O, heyvanı dəfələrlə yemlədiyi üçün dələ onu tanıyıb. Lakin tutan zaman dələ yaşlı qadına da xəsarət yetirib.
Heyvanla təmasda olan şəxslər hamısı tetanusa qarşı peyvənd edilib.