Malayziyada yeddi metr uzunluğunda piton tutulub.
Lent.az xəbər verir ki, bu barədə "Gzaeta.ru" məlumat yayıb.
140 kiloqramlıq piton qoyunu udduqdan sonra tutulub.
KİV-in məlumatına görə, piton iri qoyunu yedikdən sonra hərəkətsiz halda yaxalanıb. Mülki müdafiə qüvvələri bildirib ki, ilanın ovunu tamamilə həzm etməsi bir neçə həftə çəkə bilər.
Bu vaxta qədər o insanlar üçün az təhlükəlidir.
İlanı tutmaq üçün dörd nəfər cəlb olunub. Onlara pitonla mübarizədə təxminən 25 dəqiqə vaxt sərf ediblər. Bundan sonra o, təhlükəsiz yerə aparılaraq mütəxəssislərə təhvil verilib.