11 saatlıq xilasetmə əməliyyatından sonra ŞAD XƏBƏR
07 fevral 2023 11:12 (UTC +04:00)

11 saatlıq xilasetmə əməliyyatından sonra ŞAD XƏBƏR

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən 27 saat sonra daha bir insanın dağıntılar altından sağ çıxarılması insanlarda ümid yaradıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Rümeysa Yalçınkaya Tabzon prospektində yerlə bir olmuş 7 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Xilasetmə işlərinə 11 saat sərf edilib. Yaralının sağlıq vəziyyətinin kafi olduğu bildirilir. 

# 3255
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar