Hindistan yenə Ermənistana "Akash" göndərir
11 may 2025 23:11 (UTC +04:00)

Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan iyulda Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

Lent.az xəbər verir ki, bu barədə "IADN Centre" məlumat yayıb.

“Akash” sistemi yer-hava zenit-tipli raket kompleksidir. Sözügedən ZRK döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometrə qədər məsafədə məhv etmək qabiliyyətinə malikdir. Ermənistan bu silah sistemlərinin ilk xarici alıcısıdır.

Xatırladaq ki, Hindistan Ermənistana “Akash” zenit-raket komplekslərinin ilk batareyasını ötən ilin noyabr ayında göndərmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar