Rusiyada prezident seçkilərinin vaxtı dəyişdirildi
21 iyul 2011 18:56 (UTC +04:00)

Rusiyada prezident seçkilərinin vaxtı dəyişdirildi

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən yüksək vəzifəli şəxs deyib ki, bu, mart ayında istirahət gününün yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Qanuna görə, prezident seçkiləri martın ikinci bazar günü keçirilməlidir və bu da martın 11-ə düşür. Lakin baş nazir Vladimir Putinin cümə axşamı imzaladığı qərara görə, martın 11-i iş günü, martın 9-u istirahət günü olacaq. Bundan əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Nikolay Konkin də seçkilərin martın 4-də keçiriləcəyini istisna etməyib və dəqiq tarixin hökumətin qərarından asılı olduğunu bildirib. MSK sədri Vladimir Çurov isə dekabrın 6-dan prezidentliyə namizədlərin irəli sürülə biləcəyini dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar