Tehran hakimiyyəti ustadına “kəm baxır” - ŞƏRH
Hətta rejim daxilində islam inqilabına ən etibarlı qüvvələrdən sayılan ayətullah Təbəsi (İmam Rza məqbərəsinin xidmətçisi) və uzun illər İranın ticarət sahəsinə başçılıq etmiş Əsgərövladi Londonun yaxın adamları kimi təqdim olunurdu. Düzdür, 2009-cu ildən sonra Əsgərövladi Qərbə, o cümlədən İngiltərəyə qarşı kəskin çıxış da etmişdi.
Heç kimə sirr deyil ki Suriyada yerli hakimiyyətə etiraz edənlərin aksiyalarının yatırılmasında İran rəhbərliyinin də rolu var. Onda İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadı nəyə görə yaradılıb? Bu hərbi qurum xarici dövlətlərdə fəaliyyət göstərir. Bu baxımdan İranın Suriyada dinc etirazçıların atəşə tutulmasında rolu danılmazdır.
“MIGnews”-un məlumatına əsasən, Britaniyanın xarici işlər naziri Uilyam Heyq ötən gün bildirib ki, Suriyadakı hakimiyyətə qarşı etiraz aksiyaları Tehranın yardımı ilə yatırılır. Nazirin sözlərinə görə, İran rejimi Bəşər Əsəd hakimiyyətini qurğu və texnikalarla təmin edir.
Britaniya diplomatının bu bəyanatı, Suriyanın Şimal-Şərqində Cisr-əş-Şuqur şəhərində hökumət hərbçilərinin öldürülmüş onlarla polisin cəsədinin aşkarlanması ilə eyni vaxta təsadüf edib. “İranın Suriyadakı dinc nümayişçilərə və müxalifətə qarşı zorakılığın edilməsində, habelə hakimiyyəti bu yöndə istifadə olunan hər cür avadanlıqla təchiz etməsində roluna dair əlimizdə sübutlar var” - deyə o, söyləyib.
Onun sözlərinə görə, İran rəhbərliyinin bu davranışı beynəlxalq aləmdə “ikiüzlülüyün klassik örnəyidir”.
İslam Respublikasının Xarici İşlər Nazirliyi Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkilinə nazirinin “İran Suriyanın daxili işlərinə qarışır” - bəyanatına etiraz notası təqdim edib. Notada bildirilib ki, Britaniya xarici işlər nazirinin İrana qarşı ittihamı əsassızdır.
İran parlamenti milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının başçısı Əlaəddin Brücerdi isə ingilis diplomatına cavabında deyib ki, yaxın şərqlilər bölgədə baş verənlərlə bağlı özləri qərar qəbul etməli, Londonun göstərişlərinə məhəl qoymamalıdırlar. O, İngiltərəni ölkəsinə qarşı davamlı olaraq böhtanlar yağdırmaqda ittiham edib.
Xatırladaq ki, iki ölkə arasında əlaqələrin məhdudlaşdırılması ilə bağlı İran parlamentində dəfələrlə fikrilər də səslənib.
Ötən İki ay öncə məclis sədrinin müavini Məhəmmədhəsən Əbuturabi bildirib ki, Britaniya ilə əlaqələrin məhdudlaşdırılması ölkənin qanunverici orqanında müzakirə ediləcək: “Məclisin Milli təhlükəsizlik üzrə komissiyasına plan təqdim edilib və tezliklə bu məsələyə baxılacaq”.
Bunda öncə İngiltərənin İrandakı o vaxtkı səfiri Saymon Gessin ölkə ərazisinə daxil olması yasaqlanmışdı. Tehran rəsmilərinin sözlərinə görə, səfir İran “hakimiyyəti və xalqının ünvanına təhqiredici və aşağılayıcı ifadələr işlədib”. “İran hakimiyyəti Gessin İran xalqına qarşı fəaliyyətinə görə bu qərara gəlib” - deyə, məsələyə münasibət bildirən parlamentin üzvü Hüseyn İbrahimi söyləmişdi.
Qeyd edək ki, İranda insan haqlarının durumu ilə bağlı Britaniya səfirliyinin saytında yayılmış yazıda səfir Saymon Gess demişdi: “Dünyanın heç bir ölkəsində vəkillər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının üzvləri İranda məruz qaldıqları təzyiqlə üzləşmir”. O, hüquq müdafiəçilərinin tutulmasına da diqqəti çəkib.
Bu yazıdan sonra ingilis diplomat İranın Xarici İşlər Nazirliyinə çağırılıb, ona bildirilib ki, belə çıxışlar İslam Respublikasının iç işlərinə qarışmaqdır.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brücerdi məsələ ilə bağlı “Press TV”-yə müsahibəsində bunları söyləmişdi: “Onun İrandan getməsinə şadıq. Onsuz da o, bir işlə məşğul olmurdu, belə bir adamın İranda qalması da əhəmiyyətli deyildi.
Britaniyanın İrana yönəlik siyasətini nəzərə alaraq, Tehran rəsmi Londona bildirib ki, onların səfirinin ölkəmizdə fəaliyyət göstərməsinin önəmi yoxdur”.
Deputatın sözlərinə görə, Britaniya da oxşar addım ata bilər. Məclis üzvlərindən bəziləri İngiltərə ilə bütün əlaqələri məhdudlaşdırmağı da təklif etmişdi. Bu haqda danışan Ə.Brücerdi demişdi ki, bununla bağlı məclis uyğun qərar qəbul etməlidir: “Belə götürəndə, deputatların çoxu Tehranla London arasında münasibətlərin məhdudlaşması ideyasını dəstəkləyir”.
S.Gess 2009-cu ildə ölkəsinin Tehrandakı səfiri vəzifəsinə təyin olunub. Səfirin İrana buraxılmaması haqda qadağa isə Saymon Gess hökuməti tərəfindən ölkəsinə çağırıldıqdan sonra tətbiq edilib. Onu Mark Sedvill əvəzləyəcək. Yeni səfir NATO-nun Əfqanıstanda siyasi məsələlər üzrə yüksək səlahiyyətli təmsilçisi olub.
Cari ilin aprelində Gess səfir kimi Tehranda öz səlahiyyətlərini başa vurub, Əfqanıstanda NATO-nun mülki məsələlər üzrə rəhbəri vəzifəsində çalışmağa başlayıb.
Münasibətlərin korlanmasında yalnız diplomat suçlandırılmır. Hələ ötən ilin oktyabrında Britaniya kəşfiyyat xidmətinin (Mİ-6) başçısı Con Soers bildirmişdi ki, İran hakimiyyəti gizli şəkildə nüvə sahəsində fəaliyyətini davam etdirir.
Ümumiyyətlə, İranda bütün uğursuzluqda “ingilis barmağı axtarmaq”ın az qala əsr yarım yaşı var. Bu baxımdan, Tehran hakimiyyəti səfirin insan haqları ilə bağlı bəyan etdiyi çatışmazlığı aradan qaldırıb, beynəlxalq ictimaiyyətin bu sahədə qınağından qurtulmaqdan, habelə başqa dövlətlərin daxili işinə qarışmaqdan əl çəkməkdənsə sanki dünyanın acığına bu yöndə vəziyyəti daha da ağırlaşdırır.
Bir əsrə yaxın ingilislərdən siyasət dərsi almış fars şovinizmi indi deyəsən, ustadına qarşı çıxır. Atalar sözüdür: “Ustadına kəm baxanın gözlərinə qan damar”.
Sədrəddin Soltan

607