Sevgi adası yarışmasında ŞOK:  gizli otaqda cinsi əlaqədə  oldular
18 iyun 2025 19:59 (UTC +04:00)

Sevgi adası yarışmasında ŞOK: gizli otaqda cinsi əlaqədə oldular

İngiltərədə "Love Island" (Sevgi adası) şousunun yeni cütlüyü Emili Moran və Konor Fillips tanış olduqları üçüncü gün gecəni gizli otaqda keçiriblər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cütlüyün sürətlə yaxınlaşması izləyicilər tərəfindən əxlaqi sərhədləri aşan davranış kimi qiymətləndirilib.

Bildirilir ki, müsabiqəyə yenin qatılan 24 yaşlı Emili Moran 24 və ilk gündən adada olan 25 yaşlı Konor Fillips görüşdükdən cəmi üç gün sonra digər yarışmaçılardan gizlənərək "Hideaway" adlı xüsusi otaqda birlikdə gecələyiblər.

Bu xüsusi otaq məhdud kameralar və müşahidə ilə yarışmaçıların daha çox şəxsi anlar keçirə biləcəyi bir sahədir. Verilişdə burada cinsi əlaqədə olan cütlüyün görüntüləri aydın göstərilməsə də, səhərə qədər yataqda öpüşüb qucaqlaşdıqları səhnələr hər şeyi aydınlaşdırıb. Sosial mediada bir çox istifadəçi “Bu nöqtəyə necə tez gəliblər?”, “Sevgi adası, yoxsa münasibətlər adası?” kimi suallarla reaksiya verib.

Xüsusilə izləyicilər cütlüyün cəmi bir neçə gün əvvəl tanış olmasına baxmayaraq sürətlə yaxınlaşmasını əxlaqi sərhədləri aşan davranış kimi qiymətləndiriblər. Tamaşaçılar “Hamı münasibətdə olduqlarını başa düşdü, bu qədər açıq-saçıq olmasına ehtiyac yoxdu” deyərək prodüserləri tənqid ediblər. Bəzi istifadəçilər bu cür səhnələrin gənc tamaşaçılara mənfi təsir göstərə biləcəyini iddia edirlər.

Oxşar hadisə keçən həftə Helena və Harrinin başqa insanlarla birgə olmasına baxmayaraq, eyni gizli otaqda gecələyərək manşetlərə çevrildiyi zaman baş verib. Prodüserlər indi müsabiqə iştirakçılarının bu otağa daxil olmaq üçün əvvəlcədən icazə verməsi tələbini aradan qaldırıb və bu, münasibətlərin nəzarətdən çıxmasına səbəb olub.

Sevgi adası həm münasibətlərin sürəti, həm də intim anların televiziya ekranlarına daşınması ilə böyük müzakirələrə səbəb olur və reytinqlərindəki yüksəlişi ilə də diqqət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar