Trampın  İran planı   nədir? -  Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 16:28 (UTC +04:00)

Trampın İran planı nədir? -  Yeni TƏFƏRRÜATLAR

Amerika lideri hərbi ssenarini nəzərdən keçirir, amma hələlik yekun qərar yoxdur?

ABŞ prezidenti Donald Tramp hələ də Amerika silahlı qüvvələrinin İranın hərbi və nüvə obyektlərinə zərbələr endirmə ehtimalı ilə bağlı yekun qərar verməyib.

Lent.az bildirir ki, bu barədə “Wall Street Journal” Ağ evdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, İrana zərbələr prezidentlə onun milli təhlükəsizlik komandası arasında bağlı qapılar arxasında keçirilən görüşdə müzakirə edilən bir neçə mümkün ssenaridən biridir. 

Mənbələr deyirlər ki, Tramp hələ də nüvə danışıqlarında hərbi güc təhdidindən təzyiq vasitəsi kimi istifadə edərək Tehrandan güzəşt əldə etməyə ümid edir.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ administrasiyası bu ölkənin İrana qarşı İsrail hərbi əməliyyatında iştirakının ssenarisi üzərində işləyir. Uranın zənginləşdirilməsi işlərinin davam etdiyi Fordodakı yeraltı nüvə obyekti zərbələr üçün potensial hədəflərdən biri hesab edilir. Bununla yanaşı, qeyd edilir ki, Trampın yaxın çevrəsində hərbi müdaxilənin məqsədəuyğunluğu ilə bağlı konsensus yoxdur. Bu fikir ayrılığı Vaşinqtonda mümkün eskalasiya fonunda artan gərginliyi əks etdirir.

Bu arada İsrail amerikalı müttəfiqindən daha qətiyyətli addımlar gözləyir.  “Kan Bet” radiosu yüksək vəzifəli Qüds mənbəsinə istinadən belə məlumat yayıb:

“Tramp 21-ci əsrdə insan təhlükəsizliyi üçün ən mühüm məqamda kənarda dayanan adam kimi deyil, İran rejiminin çökdürülməsində iştirak etmiş adam kimi xatırlanmaq istəyir”.

Məlumata görə, Tramp və İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın hərbi əməliyyatlara qoşulması halında mümkün koordinasiyanı müzakirə etmək üçün artıq danışıqlar aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar