İran rejimi böhrana yuvarlanır - ŞƏRH
Odur ki, bu ölkənin hakimiyyəti həmin sahəyə ciddi diqqət ayırır. O səbəbdən də neftlə bağlı dövlət qurumu rejimə, onun başçısına ən sadiq şəxsə həvalə edilir. Hələ İran prezidenti Mahmud Əhmədinejad prezidentliyinin ilk dövründə neft naziri postuna öz namizədinin təsdiqinə parlamentin bir neçə toplantısından sonra nail oldu. Elə həmin il, 2005-ci ildə prezident seçkisi kampaniyası zamanı o, keçmiş prezident Haşimi-Rəfsəncanini və onun oğlu Mehdi Haşimini nəzərdə tutaraq, Neft Nazirliyini “mafiyadan” təmizləyəcəyini bəyan etmişdi.
Ancaq ötən həftə bu quruma rəhbərliyi hakimiyyət müvəqqəti də olsa, ona etibar etmədi. Nəzarət Şurasının sərdi prezidentin bu quruma başçılıq etməsinə dair qərarını “qanunsuz” sayaraq, bildirdi ki, bu, İran Ana Yasasının 135-ci maddəsinə ziddir. Həmin maddə belədir: “…Nazirlər Kabineti və ya onlardan birinin istefası Cümhuriyyət başçısına təqdim olunur. Nazirlər heyəti yeni hökumət formalaşanadək öz vəzifələrini davam etdirməlidir. Cümhuriyyət başçısı nazir olmayan nazirliklərə ən çoxu 3 ay müddətinə naziri əvəz edən şəxs seçə bilər”.
Xatırladaq ki, prezident Nazirlər Kabineti üzvlərinin sayının 21-dən 17-dək ixtisar edilməsi haqda qərarı parlamentə təqdim etdi. Həmin qərara əsasən, Şəhərsalma Nazirliyi Nəqliyyat, Sənaye Nazirliyi Tİcarət, Neft Nazirliyi Energetika, Sosial Müdafiə Nazirliyi Əmək Nazirliyi ilə birləşdirilib. Ona görə də keçmiş neft naziri Seyid Məsud Mirkazımi, sosial təminat naziri Sadiq Məhsuli, sənaye və mədən naziri Əliəkbər Mehrabian tutduqları vəzifələrdən azad ediliblər.
Bu ixtisarı hökumət bu il başlayan beşinci beşillik proqram çərçivəsində həyata keçirir.
Əhmədinejad hökumətinin bu ixtisarı parlamentin sədri Əli Laricaninin kəskin etirazı ilə üzləşib. O, bunu “qanunsuz” adlandıraraq, vəzifəsini itirmiş nazirlərə “öz işlərini adi qaydada icra etməyi” məsləhət görüb. Ə.Laricani bildirib ki, məclis təsdiqləmədən, səsvermə keçirilmədən nazirliklərin birləşdirilməsi, yeni nazirliklərin yaradılması ölkə Ana Yasasına ziddir.
Prezidenti parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini isə deyib ki, kabinetdə struktur dəyişikliyinin parlamentdə təsdiqlənməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, ixtisardan sonra Əhmədinejad bunları bəyan etmişdi: “Neft nazirliyinə rəhbərliyi öz nəzarətimə götürürəm”.
Hakimiyyətiçi ziddiyyətlər ötən həftə bununla bitməyib. Ötən gün İranın Prezident Aparatının (“Nəhade Riyasəte Cümhuri”) başçısı Həmid Bəqai 4 il ərzində dövlət qurumlarında çalışmaqdan məhrum edilib. Bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib. H.Bəqai bu vəzifəyə apreldə Əhmədiinenjadın qudası İsfəndiyar Rəhim-Məşai azad edildikdən sonra prezident tərəfindən təyin olunmuşdu. O, əvvəllər İran prezidentin müavini, mədəni irs və turizm təşkilatının başçısı vəzifəsində çalışırdı.
Ölkə informasiya vasitələrinin məlumatına görə, məhkəmə M.Bəqaini turizm təşkilatına başçılıq etdiyi dövrdə “çoxsaylı qanun pozuntularına yol verdiyi üçün” belə cəzalandırıb. Yeri gəlmişkən, ötən ayın əvvəlində müavin vəzifəsində çalışarkən, Baqai bildirmişdi ki, İranla ABŞ arasında siyasi anlaşılmazlıq, iki dövlət arasında turizmin inkişafına əngəl törətməməlidir.
Bundan başqa, M.Əhmədinejadın köməkçisi, prezident aparatının əməkdaşı Kazım Kiapaşi həbs olunub. O, aparatda kadrlar qəbulu sahəsinə başçılıq edirmiş. Başqa sözlə, prezident üçün müşavirləri şəxsən işə qəbul edirmiş.
K.Kiapaşi prezident aparatının keçmiş başçısı, hazırda həbsdə olan Rəhim-Məşainin yaxın silahdaşlarından sayılır.
Ötən bir ay ərzində ölkə prezidentinə yaxın olan 25 nəfər dövlət məmuru həbs olunub.
Prezident Əhmədinejadın “xaç atası” sayılan, Dini Ekspertlər Şurasının üzvü ayətullah Mispah Yəzdi İnqilab Keşikçiləri Qvardiyası komandanları qarşısında çıxışı zamanı hökumət başçısını dolayı yolla da olsa, kəskin tənqid edib: “Şeytanın hədəfi şiə ruhanilərini zəiflədib sıradan çıxarmaq, növbəti seçkidə prezidentliyi ələ keçirməkdir. Son illərdə cəmiyyətin əsasını hədəfə götürən mürəkkəb bir təhlükə formalaşmağa başlayıb. Şeytan bütün təcrübə və hiylələrinə əl ataraq cəmiyyətə düzgün olmayan bir təfəkkür tərzi aşılamağa çalışır. Şeytanın son və qəti strategiyası şiə ruhaniyyətini zəiflətməkdir. Bu mürəkkəb fitnələr qarşısında bəzən fərasətli və zirək insanlar da aldanırlar. Elə buna görə də bu fitnələrdən qurtarmaq üçün Allaha ümid bağlamaq lazımdır.
Bu gün bəziləri təhlükədən xəbərdar olsalar da, onu ciddi qəbul etmirlər. Bəziləri də təhlükənin dərinliyini dərk etsələr də, müəyyən bir qrupa bağlı olduqlarına görə bu təhlükəyə reaksiya göstərməyi məsləhət görmür, susurlar. Yalnız iti baxışları olan az insanları tapmaq olar ki, xətəri indidən duyub onun gələcəyini araşdırırlar, onu götür-qoy edirlər. Məhz həmin insanlar məsələyə həssaslıqla yanaşır, ona reaksiya verirlər.
Bu şeytanların ustalığının son həddini onda görmək olar ki, onlar insanlara və cəmiyyətə belə bir fikri aşılayırlar ki, guya ölkəni İmam Zaman (şiələrin min ildən çoxdur qeybətdə olduğu, haçansa qayıdıb bəşəriyyəti xilas edəcəyi iddia edilən 12-ci imamı Həzrət Mehdi) idarə edir. Bununla da onlar “Vəliyyi-fəqih”i (dini rəhbər Xamneyi) zəiflətməyə çalışır və demək istəyirlər ki, İmam Zaman olan yerdə ölkəni dini rəhbərsiz və islamşünaslarsız da idarə etmək mümkündür. Bu təhlükə qarşısında ayıq-sayıq olmalı, ehtiyatla tərpənməli və mövcud fitnələr qarşısında həssaslıq göstərməliyik”.
Tehran hakimiyyətində son aylar baş verənlər rejimin daha ciddi təhlükədən qorunmağa hazırlaşdığını ehtimal etməyə əsas verir. İş o yerə çatıb ki, neft nazirliyinə nəzarət müvəqqəti də olsa prezidentə etibar edilmir. Bunu “qanunsuz” adlandırırlar. Hansı nazirliyə tabe edilməsindən və ya birləşdirilməsindən asılı olmayaraq, bu sahənin də fəaliyyətinə nəzarəti prezident Əhmədinejad həyata keçirir. Hökumət başçısına Neft Nazirliyi etibar edilmirsə, bu halda prezident nədən istefaya göndərilmir?! Axı, İran Ana Yasasına əsasən, prezident ali rəhbərdən sonra dövlətin ikinci adamı sayılır. Onda belə çıxır ki, hakimiyyət sıralamasındakı ikinci yerdə durana etibar yoxdur. Belə şəraitdə vəziyyətin doğrudan da gərgin olduğu qənaətinə gəlmək mümkündür. Bu, İran İslam Respublikası hökumətinin deyil, hakimiyyətin, sistemin, rejimin böhranının başlandığının aydın görüntüləridir. Çünki neft İran iqtisadiyyatının əsasının təşikil edir. Prezidentə isə bu quruma müvəqqəti də olsa nəzarət etmək həvalə edilmir. Deməli, prezidentə ölkə iqtisadiyyatına nəzarət etmək etibar olunmur. Bu isə hakimiyyətdəkilərin biri-birinə etimadın yoxluğunun, yaxud yumşaq ifadə etsək, azaldığının göstəricisi sayla bilər…
Sədrəddin Soltan

545