Tehran hakimiyyəti daxilində gərginlik güclənir - ŞƏRH
0
0
Ancaq bu demək deyil ki, İranın özündə bu məsələ iddia olunan səviyyədə qorunur. Ötən həftənin sonunda İran parlamenti mədəniyyət komissiyasının üzvü Məhəmmədtağı Rəhbər ölkədə «hicabsızlığın baş alıb getməsindən» narahatlığını bildirib.
Gənc qadınların hicab qaydalarına əmələ etmədiyini vurğulayan M. Rəhbər deyib ki, bu məsələ ilə bağlı vəziyyət getdikcə əvvəlkindən pis hal alır: «Cəmiyyətdə hicabsızlıq baş alıb gedir. Əgər bunun qarşısı indi alınmasa, vəziyyət daha da pisləşəcək. Hökumət hicaba riayət olunması ilə bağlı nə iş görüb? Hökumət bu barədə heç bir iş görməyib və ruhanilərin hicab qaydalarına riayət olunmaması ilə bağlı etirazlarını dəfələrlə qulaqardına vurulub.
Bizim bir sıra nazirlər və digər ölkə rəsmiləri ilə hicabın cəmiyyətdə hazırkı vəziyyətinə dair iclasımız olub. Oturub məsələni müzakirə etmişik. Gedin ali təhsil ocaqlarına, banklara və xəstəxanalara baş çəkin, görün hicab məsələsi ilə bağlı vəziyyət necədir. Hökumət hicabı pozanlara qarşı daha ciddi tədbir görməlidir».
İslahat tərəfdarı sayılan ayətullahlardan Musəvi Ərdəbili isə dolayı yolla İran prezidenti Mahmud Əhmədinejad hökumətini ölkə parlamentinin qəbul etdiyi qərarlara məhəl qoymamaqda və onları icra etməkdən boyun qaçırmaqda günahlandırıb: “Parlamentin rolu və funksiyası o qədər mühümdür ki, ayətullah Xomeyni deyib: “Parlament bütün işlərin başında dayanır”. Lakin indi yumurtadan təzəcə çıxan bəziləri parlamenti zəiflətməyə çalışır. Bəzən parlament nəyisə qəbul edəndə belə söz gəzir ki, hökumət onu icra etməkdən boyun qaçırır. Onlardan soruşmaq lazımdır ki, olmaya məmləkət sizin şəxsi mülkiyyətinizdir? Əgər parlament pis-yaxşı qərar və ya qanun qəbul edirsə, hökumət ona mane olmamalı, onu həyata keçirməlidir. Parlamentin gücü həmişə qorunub saxlanmalıdır.
Mən üzümü deputatlara tutub deyirəm qıraqdan sizə daş atsalar da, oturduğunuz yerin və funksiyanızın əhəmiyyətini bilin və ona dəyər verin. Bacardığınız qədər parlamenti gücləndirməyə çalışın. Çünki parlament güclü olmasa get-gedə bu ölkədə hər şey itəcək, heç nəyimiz qalmayacaq».
Bu sayaq çıxışlar onu göstərir ki, ziddiyyət yalnız M.Əhmədinejad hökuməti ilə Əli Laricaninin başçılıq etdiyi parlament arasında deyil, elə İranın ali rəhbəri ayətullah Xamneyi ilə hökumət arasında da yaşanır.
Bu günlərdə İranın informasiya və təhlükəsizlik naziri (ETTELAAT) Heydər Müslehinin istefa verməsi, Əhmədinejadın onun istefasını qəbul etməsi, lakin sonda Xamneyinin iradəsi ilə Müslehinin yenidən vəzifəsinin icarsına davam etməsi Xamneyinin ölkədə hələ də son söz sahibi olduğunu göstərir. Amma son günlər ölkədə nazirliklərin birləşdirilməsi prosesi gedir və bu prosesin perspektivdə ETTELAAT-a da təsirsiz ötüşməyəcəyini ehtimal etsək, bu baxımdan Müslehinin istefasına təbii baxmaq olar. Çünki İran hakimiyyətində çoxlu sayda paralel qurumlar mövcuddur. Bu isə həm də əlavə büdcə xərci deməkdir. Nəzərə almaq lazımdır ki, İslam Respublikasında bütün məsələlərə nəzarəti İnqilab Keşikiçiləri Qvardiyası həyata keçirir. Bu baxımdan qvardiyada ETTELAAT-ın işlərini görən çoxlu sayda bölmələrin mövcud olduğu da istisna edilmir.
Hakimiyyət Müslehinin Qərbə qaça biləcəyindən də ehtiyatlana bilər. Çünki hakimiyyəti qoruyan zəncirin qırılması Tehran rejiminin süqutunu yaxınlaşdırar.
ETTELAAT naziri ilə bağlı olay hakimiyyət içində narazılığın mövcudluğunu təsdiqləyən amillərdəndir.
Avropa Birliyinin ötən həftə insan haqlarını pozduğuna görə İran rejiminə tətbiq etdiyi sanksiyanın da bu kimi məsələyə təsirsiz ötüşmədiyi ehtimallardandır. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst birliyin bu addımını tənqid edərək, bunun «siyasi motivli» olduğunu bildirib.
Xatırladaq ki, aprelin 14-də Avropa Birliyi İranın 32 dövlət rəsmsinə birlik ölkələrinə viza verilməsini yasaqlayıb, onların həmin dövlətlərdəki bütün əmlakına həbs qoyulub.
İnsan haqlarına pozduğuna görə, sanksiyaya məruz qalan İslam Respublikası məmurları bunlardır:
İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm,
qvardiyanın üzvü, “Ənsari hizbullah” qrupunun rəisi Hüseyn Allahkərəm,
qvardiya quru qoşunları komandanın müavini Abdulla İraqi,
“bəsic” komandanının müavini Əli Fəzli,
Tehranın “Məhəmməd Rəsulullah” ordusunun komandiri Hüseyn Həmədani,
İran İnqilab Keşikçiləri Qvariyasının komandanı Məhəmmədəli Cəfəri,
qvardiya komandirlərindən Əli Xəlili,
Tehran əyalətinin “Seyidüşşühəda” ordusunun komandanı Bəhram Hüseyni Mütləq,
«bəsic» komandanı Məhəmmədrza Nəqdi,
İran təhlükəsizlik polisi komandanının müavini Əhmədrza Radan,
Tehran hüquq mühafizə qüvvələrinin keçmiş komandanı Əzizullah Rəcəbzadə,
Tehran hüquq mühafizə komandirlərindən, Hüseyn Sacidiniya,
«bəsic»in keçmiş komandanı Hüseyn Taib,
İnqilab Məhkəməsinin Məşhəddəki rəisi Seyid Həsən Şəriəti,
İranın keçmiş baş prokuroru Qurbanəli Dürri-Nəcəfabadi,
İnqilab Məhkəməsinin Tehrandakı 26-cı şöbəsinin hakimi Həsən Həddad (İlyas Həsən Zari-Dehnəvi),
İnqilab Məhkəməsinin Məşhəddəki hakimi Seyid Məhəmməd Sultani,
İnqilab Məhkəməsinin Tehrandakı hakimi Əli Əkbər Heydərifər,
Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi,
İnqilab Məhkəməsinin Tehrandakı 28-ci şöbəsinin hakimi Məhəmməd Moqisə,
İranın baş prokuroru Qulamhüseyn Möhsüni-Ejei (ETTELAAT-ın keçmiş başçısı),
Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi,
Tehran İnqilab Məhkəməsinin 26-cı və 28-ci şöbəsinin hakimi Abbas Pirabbasi,
Məşhəd prokurorunun köməkçisi Əmir Mürtəzəvi,
İnqilab məhkəməsinin 15-ci şöbəsinin rəisi və hakim Əbülqasım Sələvati,
Şərqi Azərbaycan əyalətinin ədliyyə təşkilatının rəisi Əjdər Mələk Şərifi,
Apelyasiya Məhkəməsinin Tehrandakı 36-cı şöbəsinin hakimi Əhməd Zərgər,
İnqilab Məhkəməsinin Məşhəddəki hakimi Əli Əkbər Yəsaqi,
Tehrandakı “Evin” zindanının 350-ci korpusunun rəisi Mustafa Bozorgniya,
İran Zindanlar Təşkilatının məsulu Qulamhüseyn İsmayili,
Tehrandakı zindanlar Təşkilatının baş direktorunun köməkçisi Fərəcullah Sədaqət,
Zindanlar Təşkilatı rəisinin köməkçisi Məhəmmədli Zənciri.
«MIGnews»-un məlumatına görə, İsrail hökuməti də ötən gün İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiya rejiminə əməl edilməsini müşahidə etmək üçün özəl komissiya yaradıb. Yeni yaradılmış bu qurumun vəzifəsi üçüncü ölkənin yardımı ilə İranla ticarət əlaqəsi saxlayan dövlətlər və qurama şirkətlərin fəaliyyətini aşkarlamaqdır.
Məlumata əsasən, İsrail gələcəkdə də BMT Təhlükəsizlik Şurası, ABŞ, Avropa Birliyi, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən İrana qarşı tətbiq olunan bütün növ sanksiyaların icrasını izləyəcək. Əsas hədəf isə İslam Respublikası ilə neft, qaz hasilatı, nəqliyyat və beynəlxalq maliyyə əməkdaşlığı, ticarətidir.
Vəziyyətin bu yerə gəlməsi, habelə Yaxın Şərqdəki durum Tehran hakimiyyətindəki qruplar arasında çaxnaşmanın yaranmasına da səbəb olan amillərdəndir.
«MIGnews»-un yaydığı xəbərə görə, İran rejimi Suriyada hakimiyyətə qarşı etiraz çıxışlarının bu ölkəni də haqlayacağından rahatsızdır.
Qvardiyanın başçısı Əli Cəfəri bildirib ki, başçılıq etdiyi hərbi qurumda struktur islahatı keçirilir. Bu islahat qvardiyanın beynəlxalq gizli maliyyə əməliyyatları aparan idarəsində də həyata keçirildiyi bildirilir.
Ərəb informasiya vasitələrinin yazdığına görə, ali rəhbər ayətullah Xamneyiyə yaxın olanlar, eləcə də qvardiyanın komandirləri iri məbləğdə pulları ölkədən çıxararaq, xarici dövlətlərin banklarına başqa adlar altında köçürürlər.
Mənbənin bildirdiyinə görə, pullar əsasən, İranın «Millət», «Sipah» və «Sadirat» adlı maliyyə qurumlarından, Türkiyə, Türkmənistan, Pakistan, İndoneziya, Malayziyadakı bankların hesabına ötürülür. Bir neçə gün ərzində 180 milyon dollar Türkiyədəki, 220 milyon dolların isə Malayziya və İndoneziyadakı şəxsi hesablara köçürüldüyünə dair məlumatlar yayılıb.
Baş verənlərə əsasən, Tehran hakimiyyətinin indiki durumunu belə ümumiləşdirmək olar - sanksiyalardan doğan rahatsızlıq, iqtidar içindəkilərin biri-birinə inamının azalması, illər uzunu yığılan var-dövlətin əsirinə çevrilmə, 33 illik hicabın, rejim tərəfindən tətbiq edilən yasaqların çürüməsi, əhalinin hakimiyyətə etimadının itməsi… bir də ölkədən qaçmağa şüuraltı hazırlıq, bu haqda düşüncələrin güclənməsi.
Sədrəddin Soltan