Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, 15 sentyabrda başlayan 2025-2026-ci tədris ili bu gün - iyunun 13-ü başa çatır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib. Bildirilib ki, "Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
2025-2026-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfə məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinfi 37 222, XII sinfi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla, ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun olacaq.